Prepositions - 1

S + V + P
In/Inside = İçində
İnside divarlarla əhatə olunmuş şeylərlə içində mənasında istifadə edilir (Qutu kimi,Korapka kimi və s.) Bu mənasa "in" də işlənə bilər. Ancaq "in" işlənən yerlərdə hər zaman "inside" işlənə bilməz

On/over/above = üstündə.
On = Bir şeyin başqa şeyin üstündə (ona təmas edərək) olduğunu bildirir.
Above = Şeylə başqa şey arasında məsafə olmaqla üzərində olması.
Over = Şeylə başqa şey arasında normal olaraq məsafə olmasıyla üzərində olması.
Məcaz olaraq isə Over "-dən daha çox" anlamı qatır : He is over ninety kilos ; Above isə bir şeydən daha yüksək/üstdə anlamı qatır : I am the sixth in the race, but Jasob is above me

At - da^2 kimi tərcümə olunur və üstdən qapalı məkanlar üçün istifadə edilir : I am at home/university və s.

By - kənarında,yanında,vasitəsilə,görə,qədər,araq^2 (by + V+ing) kimi mənaları var :
Can I sit by you ? - Yanınızda otura bilərəm ? ;
We live in a house by the sea - Dəniz kənarında bir evdə yaşayırıq ;
He is coming by train - Qatar ilə(vasitəsilə) gəlir ;
Please finish the report by tuesday - Xahiş edirəm bu hesabı çərşənbə axşamına qədər bitirin ;
You can pass your exam by studying hard - Çox çalışaraq imtahanından keçə bilərsən.

In front of = önündə (ancaq o şeyin çölündə) məsələn : avtobusun önündə
In the front of = önündə (ancaq o şeyin içində) məsələn : avtobusun ön hissəsində

Outside/Out of = çölündə

For = üçün/görə. "For"-dan sonra fel gəlməsə də, felə "ing" əlavə edərək işlənə bilir : The gadget is for making chocolate - Cihaz şokalad hazırlamaq(yapımı) üçündür.

With = İlə/La^2.  With "ilə" anlamından başqa aidlik anlamında lı^4 şəklində də tərcümə edilir : The boys with blue eyes - Mavi gözlü oğlan.
With + Obyekt əvəzlikləri = Yanına şəklində mənaya gəlir : Take your unbrella with you - Çətirini yanına al ; I can take my raincoat with me - Yağış kostyumumu yanıma ala bilərəm

Around - radə/yaxın/ətrafında kimi mənaları var :
What time is it ? - It is around eight
Saat neçədir ? - 8 radələridir ; Dr. Gibson examines around thirty patients every day - Doktor Gibson hər gün 30-a yaxın xəstə müayinə edir ; Where are you now ? - I'm around - Hardasan indi ? - Yaxın(lar)dayam

About - Haqqında(dair,ilə bağlı) Təxminən kimi mənaları var :
He has a phobia about snakes - İlanlara qarşı fobisi var.

About + to = üzrə kimi mənaya gəlir : He is about to die - O ölmək üzrə.

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund