Prepositions - 2

At + Saat (At 5 o'clock/dinner time/lunchtime/sunset və s. )

At night/noon/christmass/present/down/weekend(s)/the moment/the same time

on + gün( bütün gün/ayın tarixi) = On friday/my birthday/christmass day

In + uzun dövrlər( ay/il/fəsil/əsr və s. ) = in october/winter/2008/the XX1 century

Last/Next/This/Every sözləri zaman bildirən sözlərlə işləndikdə qarşılarında yuxarıdakı prepositionlar işlənmir.

in = a^2/ərzində = in 2 days/three years (iki günə/üç ilə)

On time -Vaxtında(dəqiqliklə) / in time -Vaxtında(təxminən) = The 12:00 train left on time ; I shall be there at about 5. Please, come in time

At the end - sonu(nda) = at the end of the year/ofJanuary. Antonimi : At the beginning - əvvəli(ndə)

In the end - nəhayət(ki), sonda, axırda. Antonimi : At first - ilkin olaraq/birincisi

Məkan/Vəziyyət üçün

on işlədilir :
on the left/right
on a menu/a map/ a list
on a island/a continent
on farm
on the ground/the second floor...

in işlədilir :
in a line/a row/a queue...
in the world
in bed
in the sky
in an office/a department
in the country/the countryside
in a book/a paper/a magazine/a letter (tərkibindən-içindəkilərdən söhbət getdikdə)
in a photograph/a picture (şəkildəki obyektlərdən söhbət getdikdə)

Place + on + a river/a road/the coast/the way...
Bu konstruksiyadan ölkə,şəhər və s. bu kimi coğrafi vahidlərin yerləşdiyi ərazilərdən danışarkən istifadə edilir :
Baku is situated on the coast of the caspian sea ; We have a house on the Kur

in the front/in the back of a car : I was sitting in the back of a car (Maşının arxasında otururdum)

on the front/on the back + kağız məmulatları(şəkil,foto və s. ) :
What have you written on the back of the photo ? (Şəklin arxasına nə yazmışsan ?)

At the front/At the back + digər şeylər:
The garden is at the back of the house
* in front of ilə at the front of arasında fərq at-də təsvir edilən şeyin təsvir etmək üçün əsas alınan şey arasında bağlılıq olması. Məsələn burada bağça təsvir edilən evin bir parçasıdır.

At the top(of)/At the bottom (of) : Write your name at the top of the page (Adınızı vərəqin başında yazın)

in the corner of (qapalı məkanlarda) a room ; at the corner/on the corner of (açıq məkanlarda) a street. On və at tez-tez bir-birinin yerinə işlənə bilir. Kəsişim üçün əsasən at işlədilir. (Məsələn küçənin kəsişimində görüşək) On isə "tutulan yer" anlamında küçədə hər hansısa məkanı təsvir etmək üçün işlədilir (Dükan küçənin küncündədir)

in + building (binanın içi haqqında danışdıqda) ; at + building (binada baş verən hadisələr haqqında) : We had an interesting conference at Hədəf course (Hədəf kurslarında çox maraqlı bir iclas keçirdik ) ; All the room in Hədəf course have air conditioning ( Hədəf kurslarının hər bir otağında kondisioner var)

Car/Taxi qarşısında in, digər nəqliyyat vasitələrində isə on işlədilir. Diqqət etmək lazımdır ki, in ya da on nəqliyyat vasitəsi ilə işləndiyi zaman sözönü ilə isim arasında əvəzlik ya da artikl işlənir : on a bus ; in a car ; in my car

be/go + on + holiday/business/trip/tour/cruise... : Ferid is on holiday in France  (Fərid Fransada tətildədir) ; I would like to go on a world tour (Dünya səyahətinə getmək istərdim)

on television ; on the telephone ; (be) on fire ; on the radio ; (be/go) on strike ; on a diet ; on foot

I go to work on foot (İşə piyada gedirəm). By vasitə mənasında bu anlamda işlənmir.

On the whole/in general = ümumiyyətlə/ümumiyyətlə götürdükdə : Sometimes he can not help me, but on the whole/in general he is a good boy (Bəzən o mənə kömək edə bilmir, amma ümumiyyətlə o yaxşı oğlandır)

On purpose/intentionally = qəsdən : I have not done it on purpose/intentionally (Mən bunu qəsdən etmədim)

Aşağıdakı hallarda in işlədilir : in the rain ; in the sun ; in the shade ; (pay) in cash ; in pencil ; in ink ; in biro ; in open air ; (be/fall) in love (with somebody) ; in (my) opinion ; in bad weather : Don't go out in the rain (Yağışda çölə çıxma)

At işlədilir : at the age of.../at a speed of.../at a temperature of... : Water boils at 100 degrees celsius - Su 100 C qaynayır

been to - haradasa olmaq : I have been to Quba (Qubada olmuşam)

Get to - harasa çatmaq : He got to work at 5 o'clock (O işə saat 5də çatdı)

Arrive in - ölkəyə/şəhərə/rayona/kəndə və s. çatmaq : I arrived in Baku at 5 o'clock ; Arrive at digər yerlərə (iş,məktəb və s. ) çatmaq : I arrived at work at 5 o'clock

Home ilə yalnız at və from prepositionları işlənə bilir : I am at home

Go into/Get into = Enter = Daxil olmaq : He didn't want to get into/enter the classroom.

Into sözünün antonimi out of (çölündə,çölünə və s. ) sözüdür : She got into the car (O maşına mindi) ; Sge got out of the car (O maşından düşdü)

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund