Type 3

Type 3 keçmişlə əlaqəli fərziyyə. Type 2 ilə fərqi, Type 2 reallaşmamış hadisə üçün "kaş reallaşsaydı" şəklində arzu,istək bildirir. Type 3 isə reallaşan bir hadisənin ziddini düşünərək "əgər reallaşmış olmasaydı" şəklində güman bildirir. Müqayisə : If you had a million dollars, would you still continue to work ? - Bir milyon dolların olsaydı,hələ də işləməyə davam edərdin ? (Bir milyon dolları yoxdur) ; If the driver hadn't noticed the big rock on the road, we would have had a very bad accident - Sürücü yolda böyük qayaya diqqət etməsəydi, biz çox pis bir qəza keçirərdik ( Sürücü qayaya diqqət edib)

[ Qısası Type 2 o an və ya gələcək üçün ehtimal,güman,fəzriyyə bildirir, Type 3 isə keçmişdə olub bitmiş hadisə haqqında güman,fərziyyə,ehtimal bildirir. ]

If clause Past Perfect ilə Təməl cümlə isə Would/Could/Might + Have + V3 ilə düzəlir : If she had been more careful, she might not have made that mistake - O daha diqqətli olmuş olsaydı, o səhvi etməyə bilərdi.

If clause hissəsində past continues perfect də işlənə bilir : If she had been staying at her aunt's, she wouldn't have commuted by train every day - Xalasıgildə qalmağa davam etmiş olsaydı, hər gün qatarla gedib gələ bilməzdi.

Mixed Conditional (Qarışıq şərt cümlələri) bir cümlədə Type tiplərinin qarışıq istifadəsidir. :

If I hadn't married her, I wouldn't be so happy now - Onunla evlənmiş olmasaydım, indi belə xoşbəxt olmazdım. Clause Type 3, təməl cümlə Type 2 formasındadır. Təməl cümlənin type 2 də qurmağımıza səbəb evlənmə hadisəsi bitmiş olsada təsirləri həmin an üçün davam etməkdədir. O an və gələcək üçün güman etdiyimizdən cümlə bu şəkildə qurulur.

If I were you, I would have left the city by now - Sənin yerində olsaydım, indiyədək şəhəri tərk etmiş olardım. Caluse Type 2, təməl cümlə Type 3 dədir. Buna səbəb "by now" zərfliyidir. Bu zərfliyi işlətməsək, Type 2 ilə qurmaq olardı,amma vermək istədiyimiz məna tam olaraq bu olmazdı.

If you didn't have a big breakfast, you will/may get hungry - Səhər yeməyi yemədinsə, acıyacaqsan/acıya bilərsən. Clause Type 2, Təməl cümlə Type 1. Təməl cümlənin Type 1 də qurulmasına səbəb yemək yeməyən birinin acıması çox güclü bir ehtimal olduğundandır.

If you don't speak english, you shouldn't have applied for that position. Clause Type 0,1 Təməl cümlə isə Perfect zamanındadır. Bu cümlədən anladığımız pozisiya üçün şərt ingiliscə bilməkdir. Bu ümumi qayda,prinsip olduğundan Type 0,1 ilə qurduq. Baş vermiş hərəkət yaxın keçmişdə olduğu üçün təməl cümlə Perfect ilə qurulub.

If I hadn't been born, how would the world be today. Clause Type 3, Təməl cümlə Type 2 dədir. Clause zamanı önəmsiz amma keçmişdə baş verib bitmiş hərəkətdən danışıldığı üçün seçililib, təməl cümlədə isə o an üçün güman bildirildiyi üçün Type 2.

If she wasn't at home yesterday, she was probably at the office. Dünən evdə deyildisə,böyük ehtimal evdəydi. Bu isə ingilis dilində nadir formadır. Dəqiq zaman və keçmişdə baş vermiş hərəkət olduğundan clauseda past simple istifadə etdik. Keçmişdə böyük ehtimalla harda olmasını isə yenə past simpledan istifadə edərək ifadə etdik.

Qəlib :

Type 2 : If it weren't for (...olmasaydı) :

If it weren't for your help, I couldn't finish the work on the time - Yardımın olmasaydı, işi vaxtında bitirə bilməzdim.

Type 3 : If it hadn't been for (... olmasaydı) :

If it hadn't been for your help, I couldn't have finished the work on the time - Yardımın olmuş olmasaydı, işi vaxtında bitirə bilməzdim.

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund