Wish clause

Wish istək,arzu,diləmək/istəmək mənaları var. Wish diləmək mənasında işlənməsi : I wish you happiness - Sənin xoşbəxtliyini istəyirəm.

Kaş mənasında isə Şəxs əvəlikləri + wish şəklində işlədilir. Təməl cümlə (wish cümləsi) və yan cümlə şəklindədir. İndi və gələcəklə bağlı wish clauselarda Təməl cümlə + Past simple istifadə edilir. Be felini istifadə edəndə onun past simpledakı hallarından (was/were) yalnız were istifadə edilir : I wish I spoke english fluently - Kaş ingilis dilini axıcı danışardım ; She wishes She had more friends - O daha çox dostu olmasını istəyir ; I wish I were with you right now - Kaş indi səninlə olaydım.

Keçmişdə də işlədilir. Bu zaman Yan cümlə Past Perfectdə olur. Be feli isə bu felin 3-cü forması olan "been"-ə dönüşür : I wish I hadn't spent so much money on clothes - Kaş bu qədər pulu geyimlərə xərcləməsəydim (xərcləməmiş olsaydım) ; I wish I had been more patient with him - Kaş ona qarşı daha səbirli olardım (olmuş olaydım).

Wish clause Will ilə işlənə bilər : When you go to Colombia,You will wish You had never left your country - Kolumbiyaya getdiyində ölkəndən heç ayrılmamış olmağı diləyəcəksən.

Yan cümlədə "I" və "we" əvəzlikləri xaric qalan əvəzliklərlə "would" işləndiyində bu cümlə məmnuniyyətsizlik,kəskin istək və ya şikayət bildirir : I wish It would stop raining - Kaş yağış dayansa.

Qeyd : Təməl və yan cümlədə eyni əvəzliklər işləndikdə də would istifadə edilməz. İstifadə edilmir : Arthur wishes he saw his girlfriend more often ; Penny and emiliy wish they could play in the school team. İstifadə edilir : Olivia wishes Walter wouldn't ask so many questions.

If only - Kaş = Wish : If only I were younger - Kaş daha gənc olardım ; If only the school weren't so far! - Kaş məktəb bu qədər çox uzaq olmazdı.

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund