Type clause 0; 1

Type clause 0  elmi həqiqətləri və heç bir ehtimala yol vermədən bir şey olarsa bir şeyin baş verəcəyini dəqiq olduğundan fiziki hadisələri ifadə etməkdə istifadə edilir :

If clause (Şərt Cümlə) Təməl cümlədən ibarətdir. Hər iki tərəf geniş zamanda olur : If you boil water, it evaporates - Suyu qaynatsan,buxarlaşar ; If I have money more than I need, I put into my bank account - Ehtiyacımdan daha çox pulum olarsa, bank hesabıma qoyuram (bir prinsip kimi hər zamana üçün anlamında)

Type 1 -də isə təməl cümlədə will işlənərək bir şeyin olduğunda bir şeyin olacağını ehtimal edir və ya o an üçün istisna edir. Müqayisə :

Type 0 : It rains I stay at home - Yağış yağırsa evdə qalıram (bu hər zaman üçün belədir)

Type 1 - It rains I will stay at home - Yağış yağarsa evdə qalacam/qalaram. Şərt cümlədə bu tipdə "tomorrow" bənzəri zərfliklər işlədilir əsasən.

If I have enough time tomorrow, I will go shopping - Sabah yetərli vaxtım olsa, alış-verişə gedərəm/gedəcəm.

Type 1 - də təməl cümlədə modal fellər də işlənə bilir : If you like animals, you shouldn't wear fur - Heyvanları xoşlayırsansa, xəz geyməməlisən.

Bu formada təməl cümlə əmr formasında da işlənir : If it rains, use your umbrella - Yağış yağsa, çətirini istifadə et.

Eyni zamanda bu formada təməl cümlə future continues/perfect zaman da işlənir :If I don't pass my exam, I will be studying all summer - İmtahanı keçməzsəm, bütün yayı çalışmaqda olacam ; If nothing goes wrong, I will have graduated by June - Heç nə baş verməzsə, iyuna qədər məzun olacağam.

Type 1 formasında şərt cümləsində modal fel də işlənir : If I can't pass my exam, I will be studying all summer - İmtahanı keçə bilməzsəm, bütün yayı çalışmaqda olacağam. Ancaq "Should" şərt cümlədə işlənərsə "olur da(birdən)" mənası qazanır : If you should see him, say hi for me - Olur da (birdən) onu görsən, salam de.

Şərt cümlədə gələcək zaman işlənməsə də will bu formada şərt cümlədə işlənərsə, razı olmaq mənasını verir : If you will let me borrow your car, I will return your favour - Maşınını mənə borc verməyə razı olsan, yaxşılığını yerdə qoymaram.

Bu formada şərt cümlədə indiki və perfect zaman da işlənir : If he is staying in hospital, we should pay him a visit - O xəstəxanadadırsa, onu ziyarət etməliyik ; If you haven't finished your homework yet, you cannot watch TV - Ev tapşırığını hələ də bitirməmisənsə, TV izləyə bilməzsən.

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund