Type clause 2

"Elə olsaydı belə olardı" tipində ifadələrdə işlənir. Fərziyyə,xəyal,ehtimal bildirir.

İf clause cümləsi əsasən "Past Participle" forması ilə düzəlir. Nadir hallarda "past continues" da işlənir. İf clause cümləsində "be" felinin formaları olanda mübtədanın yək və cəmdə olmasından asılı olmayaraq "were" ilə qurulur. İf clauseda eynən Type 1 də olduğu kimi modal fellər (eynilə Should da) işlənə bilir.

Təməl cümlə isə "Would(ardı^2) ;Could; Might ;" + V1 şəklində olur :

If I had one million dollars, I would donate most of it to a charity - Bir milyon dollarım olsaydı, böyük hissəsini xeyriyyə təşkilatına verərdim ; If I had an eye on the back of my head, I could see behind - Başımın arxasında bir gözüm olsaydı,arxamı görə bilərdim.

Ehtimal : If I spoke to him in person, I might convince him - Onunla şəxsən danışsaydım,onu razı sala bilərdim.

İf clauseda be forma :

If I were taller, I could be a police officer - Daha uzun olsaydım, polis məmuru ola bilərdim ; If she were here right now, she would do the same - O indi burada olsaydı, eynisini edərdi.

İmplied conditionals(Vurğulanan şərt cümlələri) : What would I do without your help ? - Yardımın olmadan mən nə edərdim ? ; He would never come to terms with us - O heç vaxt bizimlə uzlaşmazdı.

İf clauseda past participle (Danışma anında bir hadisənin tam tərsini düşünərək şərt cümləsi quranda) : If I weren't studying lesson, I could watch a film with you. - Dərs çalışmasaydım, səninlə film izləyə bilərdim.

İf clauseda modal fellər : If you could come here early, we could spend much time together. - Erkən gələ bilsəydin bura, birlikdə vaxt keçirə bilərdik. ; If there should be an earthquake in Konya, many houses would be destroyed. - Olur da (birdən) Konyada zəlzələ olsaydı, bir çox bina dağılardı. ; If my father had to go abroad, he would prefer to go by plane. - Atam xaricə getmək məcburiyyətində olsaydı,təyyarə ilə getməyə üstünlük verərdi.

Comments

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund