The Noun/İsim - 3

İngilis dilində ismin 2 halı var :

1) The Common Case(Adlıq Hal)
2) The Genitive Case (Yiyəlik Hal)

Yiyəlik hal 's/of/' ilə düzəlir

1. Tək isimlərə 's Cəm isimlərə '

Cəm forması kökündən dəyişməklə düzələn isimlərə ' s artırılır

2. Sonu "s" ilə qurtaran isimlərin yiyəlik halı hər 2 halla düzələ bilir

3. Mürəkkıb isimlərdə son komponentə artırılır : The editor in chief's room

4. Eyni bir əşya iki və daha çox şəxsə aiddirsə axırıncı şəxsə,ayrı-ayrılıqda aiddirsə hər birinə.

5. Daha çox cansız əşyalarının yiyəlik halı "of" sözönü ilə  düzəlir.

6. 'S/' eyni zamanda bir sıra cansız isimlərlə də işlənilə bilir. Buraya daha çox Məkan,Zaman,Məsafə və Səma cisimlərini ifadə edən isimlər aiddir : Today's newspaper ; The moon's light

Eyni zamanda günün hissələri,mövsümləri,çay,dəniz okean,ölkə gəmi adlarını və bir sıra başüa isimlərlə də işdilə bilir

7. Yiyəlik halı yer-məkan anlayışı da bildirir. Bu halda dilimizə daha çox "gildə"sonuluğuna uyğun gəlir (Cümlədəki sözü geçən ismi təkrak etməmək üçün) : She is at my uncle's (home) - O dayımgildədir( Dayımın evindədir)

8. Bəzi mağaza,sənət və peşə adları məkan,yer anlayışı bildirdikdə 's qəbul edir : The Baker's ; The greengrocer's ; The butcher's ; The Chemist's ; The Grocer's və s.

Diqqət et : İngilis dilində cansız və heyvan adları "it" ilə əvəz edilsə də bəzən Ölkə,Planet,Gəmi,Maşın və bəzi kiçik və zəif heyvan adları bildirən isimlər qadın cinsinə aid edilir və she əvəzliyi ilə əvəz edilə bilir.

Əlavələr :

The sun kişi cinsinə The moon qadın cinsinə aid edilir.

Heyvanlar bir qayda olaraq orta cinsə aiddir. Həm də güclü və böyük heyvanlar kişi,zəif və kiçik heyvanlar isə qadın cinsinə aid edilir

Comments

Post a Comment

Popular posts from this blog

The Article/Artikl - The definite article/Müəyyən artikl

Complex Object/Mürəkkəb tamamlıq

Gerund/Cerund